YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Edi Rama: Albaniya ATƏT-in sədri kimi hər zaman Azərbaycanın tarixi hüquqlarını dəstəkləyir

Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək.

Bunu Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə bildirib.

Baş nazir, həmçinin deyib: “Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.