YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşa sən azadsan!” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Şuşa sən azadsan!” adlı tədbir keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Ülvi Quliyev, Vətən müharibəsi qaziləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonu ərazisində salınmış abidə kompleksini ziyarət ediblər.

Daha sonra rayon təşkilatının qərargahında baş tutan tədbirdə öncə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Məclisin Elnur Allahverdiyev bildirib ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun cəsur əsgər və zabitləri canları-qanları bahasına öz doğma torpaqlarında Ermənistanın 30 ilə yaxın müddətdə milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Torpaqlarımızın işğaldan azad olunması ilə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.  Bildirib ki, Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Sonra 44 günlük Vətən müharibəsində şücaəti ilə fərqlənən və ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən təltif olunan bir neçə şəhidin ailə üzvlərinə orden və medalları təqdim olunub.

Daha sonra Respublika İncəsənət Gimnaziyasının əməkdaşlarının hazırladığı “Şuşa sən azadsan!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv