YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının qurucusu və memarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı YAP Masallı rayon təşkilatı Heydər Əliyev Mərkəzi, Bədəlan və Qızılavar ərazi partiya təşkilatlarında “Heydər Əliyev müasir inkişaf strategiyasının banisidir”, “Heydər Əliyev irsi milli sərvətimizidir”, “Müasir Azərbaycanın banisi” mövzularında partiya fəalları ilə görüş keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır. Qeyd edib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamız əsrlərə bərabər inkişaf yolu keçdi. Ölkədə nəhəng quruculuq işlərinin təşəbbüskarı məhz Ulu Öndər oldu.

S.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirməklə, xalqın və dövlətin milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Qeyd olunub ki, Vətən müharibəsində qazanılan böyük Zəfərin müəllifi olan Prezident İlham Əliyev xalqımızın 28 illik həsrətinə son qoydu. Heç bir qələbə asan başa gəlmir və tarix sübut edir ki, düşünülmüş siyasi xətt olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün deyil. Prezident İlham Əliyev ötən illərdəki uğurlu fəaliyyəti, inkişaf və yüksəliş siyasəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərini möhkəmləndirməsi, diplomatik qələbələri ilə torpaqlarımızın güc yolu ilə azad edilməsinin tarixini yetişdirdi.

Daha sonra çıxış edən Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Qızılavar ərazi partiya təşkilatının sədri Rakit Həmidov və digərləri də ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv