YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad edilmiş torpaqlarda quruculuq işləri planlı şəkildə və yüksək intensivliklə aparılır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Post müharibə dövrünün ilk ili olaraq 2021-ci ildə ölkənin qarşısında duran iki əsas məqsəd azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. Ötən il ərzində ölkəmizin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı davam etmiş, dövlətimizin ciddi səyləri nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Aprelin 12-də keçirilmiş, bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, bu, çox əlamətdar hadisə idi. Bu tədbirin məhz BMT xətti ilə keçirilməsi bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Bu faktı da diqqətdən kənarda qoymaq olmaz ki, Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Həmçinin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi də ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. Bundan başqa İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etməsini də vurğulamaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha Azərbaycan mövqeyini dəstəkləyən bir neçə qətnamə, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul edildi. Dövlət başçısının qeyd etdiyi kimi, postmüharibə dövründə Azərbaycanın Avropa İttifaqı ilə təmasları daha intensiv xarakter almışdır. Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” adı və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün artıq demək olar ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə yaxından məşğuldur və həqiqətən də bu normallaşmada maraqlıdır.Bu normallaşmaya doğruilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və Cənubi Qafqazda davamlı sülhün və stabilliyin bərqərar olması üçün əsas vacib şərtdir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, 2021-ci il ölkəmizin həyatında son dərəcə əlamətdar bir il olmuşdur. Az öncə də qeyd etdiyimiz kimi, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanması keşən il Azərbaycanın qarşısında duran iki əsas məsələdən biri idi. Bu baxımdan da Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa ediləcək şəhərlərimizin Baş planları ilə bağlı verdiyi ətraflı açıqlamalar xüsusi önəm kəsb edir. Öz çıxışında dövlətimizin başçısı bildirdi ki, hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Həmçinin digər şəhərlərin Baş planlarının təsdiqlənməsi də bu yaxınlarda gerçəkləşəcək. Dövlət başçısı qeyd etdi ki, bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanıb təsdiq edilməlidir. Bundan sonra isə Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramına əlavələr ediləcəkdir. Belə ki, müəyyən edilmiş istiqamətlərdə görüləcək işlərə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Baş planlar təsdiq olunandan sonra ilk növbədə, yaşayış binalarının inşasına start veriləcək ki, bu işlər də digər infrastruktur layihələrlə paralel icra ediləcək. Birmənalı olaraq demək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza malik olan bir ölkəyə çevrilib.