YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdmançılarımız Müzəffər xalqın nümayəndələri kimi idman arenalarında möhtəşəm uğurlara imza atır

Bu gün gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə başçısı tərəfindən aparılan çoxşaxəli siyasətin qarşıya qoyulan vəzifələrindən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması, bir sözlə onların dövlət quruculuğunda və umumiyyətlə ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Prezident İlham Əliyev tərəfindən gənclərə böyük inam bəslənilir, onlara yüksək şərait yaradılması istiqamətində mütəmadi olaraq dövlət proqramları qəbul edilir. 

Azərbaycan gəncliyi elm, idman, incəsənət sahələrində, ümumiyyətlə ictimai həyatın bütün sferalarında yüksək fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Dövlətimiz tərəfindən ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə daim məqsədyönlü islahatlar həyata keçirilir.

Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir.

Bu gün Azərbaycan beynəlxalq aləmdə həm də idman ölkəsi kimi tanınır. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı üçün xeyli işlər görülür, idmançılara yüksək səviyyədə qayğı və diqqət göstərilir. İdmançılarımız da dövlətimizin onlara göstərdiyi bu qayğıdan ruhlanaraq ən mötəbər beynəlxalq idman yarışlarında ardıcıl nailiyyətlər əldə edir, xarici dövlətlərdə şanlı bayrağımızı yüksəklərə qaldırır, ölkəmizi tanıdırlar.

Azərbaycan idmançıları müzəffər xalqın nümayəndələri kimi idman arenalarında möhtəşəm uğurlara imza atır. Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz ölkəmizi uğurla təmsil edərək böyük nəaliyyət əldə etdilər. İdmançılarımız yarışda 16 medal qazanaraq bir daha Azərbaycanın idman ölkəsi olduğunu sübut etdilər. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. 2022-ci ilin aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güləşçilərimizlə görüşü zamanı vurğuladığı xüsusi məqamlar diqqəti çəkir. Bu məqamlardan biri də gənc nəslin milli dəyərlər əsasında, vətənpərvərlik ruhunda tərbiyə alması və bu istiqamətdə dövlətimiz tərəfindən aparılan işlər, qazanılan uğurlarla bağlıdır.

Görüşdə cənab Prezident qeyd etmişdi: “Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”.

Bəli, 27 sentyabr 2020-ci il tarixindən başlayan 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılması Ölkə başçısı tərəfindən aparılan gənclər siyasətinin nə qədər uğurlu olmasını göstərdi. Azərbaycan xalqı bir yumruq kimi cənab Prezidentin ətrafında birləşdi, tarixi ədaləti təmin edərək ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsində tarixi qələbənin qazanılmasında milli vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimizin xüsusi rolu vardı.

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimizin qazandığı qələbə bütövlükdə Azərbaycan xalqının uğuru sayılır.

DİGƏR Xəbərlər Arxiv