YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş olub

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Lənkəran  rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, təxminən otuz illik işğaldan sonra Azərbaycan dövləti və ordusu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin böyük strateji dühası və Azərbaycan xalqının mərdliyi sayəsində öz ərazilərini düşmən tapdağından azad edib. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Cənab Prezident bu 44 gündə həm hərbi və siyasi, həm diplomatik və təbliğat cəbhəsində mübarizə aparıb, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qoruyub, təmin edib. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olub.

Natiq vurğulayıb ki, bütün bu nailiyyətlərin fonunda Qafqazın ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini yeniləşən və modernləşən ölkəmizin tələbləri kontekstində qurmalı, əldə olunan təcrübəyə əsaslanaraq cəmiyyətə partiyanın innovativ imicini təqdim etməlidir. Həmçinin bu baxımdan Lənkəran yerli təşkilatının üzərinə düşən vəzifələrdən danışıb.

İ.Əmənullayev sonda ərazi partiya təşkilatlarına tövsiyələr verərək onları daha da fəal olmağa, yeni layihələrlə çıxış etməyə, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə, yeni üzv qəbulu zamanı kəmiyyətə deyil, keyfiyyətə önəm verməyə çağırıb.