YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid Kamil Şirinovun doğum gününə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və Salyan rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi kapitan Şirinov Kamil Əliş oğlunun doğum gününə həsr edilən “Tarix yazan Qəhrəman” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, partiya fəalları, mədəniyyət işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhid Kamil Şirinovun qısa, şərəfli ömür yolu haqqında videoçarx nümayiş olunub.

Sonra tədbir iştirakçıları Salyan Dövlət Kukla Teatrının aktyorlarının təqdimatında 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək canından keçən Kamilin xatirəsinə həsr edilmiş tamaşa-kompozisiyanı izləyiblər.

Tədbirdə çıxış edən şəhidin döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin adını daşıyan Çuxanlı, Arbatan, Xalac kənd tam orta məktəbinin şagirdləri isə şeir kompozisiyaları ilə çıxış ediblər.

Sonda şəhidin atası Əliş Şirinov tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.