YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşmənə qarşı döyüş əməliyyatlarında Azərbaycanın yüksək peşəkarlığa malik hərbi qulluqçuları iştirak edir

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qondarma-separatçı rejimin "müdafiə naziri" Movses Akopyanın məğlub xarakterli çıxışı son zamanlar cəbhədə çoxsaylı itkilərlə müşahidə olunan uğursuzluqların ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına yönələn populist cəhddən başqa bir şey deyildir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir.