YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Rusiya turistlərinin səfərlərinin sayına görə, MDB-nin üç ən populyar şəhəri sırasındadır

2015-ci ildə Rusiya turistlərinin səfərlərinin sayına görə, Bakı MDB-nin üç ən populyar şəhəri sırasına daxil olub.
Rusiyanın “Oktogo.ru” mehmanxanaların onlayn bronlanması xidməti 2015-ci ildə Rusiya turistləri arasında MDB-nin ən populyar şəhərlərini və ölkələrini müəyyən edib.
Populyarlıq reytinqində Belarus birinci yerdədir (MDB üzrə bütün səfərlərin 40 faizi). Sonrakı yerləri Ukrayna (17 faiz), Qazaxıstan (14 faiz), Azərbaycan (10 faiz) tutur.
2015-ci ildə Rusiya turistlərinin səfərlərinin sayına görə MDB-nin ən populyar şəhərlərinin top 10-luğuna Minsk, Kiyev, Bakı, Almatı, Yerevan, Astana, Vitebsk, Daşkənd, Brest və Lvov daxildirlər.
Rusiyanın “Oktogo.ru” mehmanxanaların onlayn bronlanması xidməti xəbər verir ki, turistlər Bakıya orta hesabla dörd günlüyə gəlirlər və bir sutka oteldə qalmağa təqribən 70 dollar verirlər.
 

DİGƏR Xəbərlər Arxiv