YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda “Keçmişini unutma, tarixini öyrən, Zəfərlə yaşa!” adlı aksiya keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşkilatçılığı ilə bir qrup partiya gəncinin iştirakı ilə 31 mart - Azərbaycalıların Soyqırımı Günü ilə əlaqədar Ağdaş Şəhidlər Xiyabanı Kompleksində “Keçmişini unutma, tarixini öyrən, Zəfərlə yaşa!” adlı aksiya keçirilib. Partiya fəalları əvvəlcə Kompleksdə olan şəhid məzarlarını və şəhidlərin baralyeflərini ziyarət etmiş, önünə gül dəstələri qoymuş, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin və soyqırımı qurbanı olan soydaşlarımızın xatirələrini ehtiramla yad ediblər.

Sonra rayonun tanınmış tarix müəllimləri Cəlalə Babayeva və Şamil Abdullayev 1918-ci il, eləcə də müxtəlif dövrlərdə xalqımıza qarşı həyata keçirilmiş soyqırımları haqqında tarixi faktlarla aksiya iştirakçısı olan gənc partiya üzvlərinə ətraflı  məlumatlar veriblər. Natiqlər Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların bəşər tarixində ən qanlı cinayətlərdən olduğunu və xüsusi qəddarlıqla həyata keçirildiyini, soyqırımının xalqın qan yaddaşı olduğunu vurğulayıblar.

YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşları İsa Eminov və Anar Şahmuradov 1918-ci ilin, eləcə də tarixin müxtəlif dönəmlərində erməni millətçiləri, eyni zamanda onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına verilmiş siyasi-hüquqi qiymətdən və bu işdə Ulu Öndər Heydər Əliyevin mühüm tarixi xidmətlərindən bəhs ediblər. Prezident cənab İlham Əliyevin azərbaycalıların soyqırımının dünyada tanıdılması üçün həyata keçirdiyi genişmiqyaslı işlər haqqında aksiya iştirakçılarına məlumatlar verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz xidmətləri nəticəsində aparıcı dünya ölkələrində, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda erməni uydurmalarının ifşa edildiyi, ermənilərin Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədli şəkildə köçürülməsi, zaman-zaman törədilmiş saysız-hesabsız cinayətlər, xüsusən 1905-1906, 1918, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, işğal, terror, deportasiya, soyqırımı aktları barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılması qeyd olunub.

Keçirilən aksiya zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, onların mövzu haqqında fikirləri dinlənilib.