YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirmək gücündə deyil

«Azərbaycan inkişaf baxımından Ermənistandan müqayisəolunmaz dərəcədə öndədir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsi və qüdrətli orduya çevrilməsi işğalçı ölkəni ciddi narahat edir. Onun sözlərinə görə, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirmək gücündə deyil.

«Azərbaycan öz torpaqlarını gec-tez işğaldan azad edəcək. Dövlətimiz problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Amma sülh danışıqları nəticə verməsəAzərbaycan torpaqlarını öz gücünə işğaldan azad edəcək. Bu baxımdan,  Azərbaycan ordusunun həm gündüz, həm də gecə hərbi təlimlər keçirməsi əhəmiyyətlidir»- deyə, R.Rzayev qeyd edib.