YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Gənclər üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər ediblər

«Bu yaxınlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı nəzərdə tutulmuşdur. Artıq bütün respublika üzrə regionlarda və paytaxt rayonların əksəriyyətində yerli hesabat-seçki konfransları keçirilmişdir». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, konfranslarda gənclər birliklərinin ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında hesabatlar təqdim olunur. Onun sözlərinə görə, bu konfranslar nəticəsində bir daha şahidi oluruq ki, ölkəmizdə yüksək intellektli gənclər formalaşıb, onlar Heydər Əliyev ideyalarına sadiqdirlər və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər.

«Gənclər üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər ediblər. Bu mənada, konfranslarda verilən hesabatlarla bağlı qənaətimiz müsbətdir»- deyə, S.Orucov vurğulayıb.