YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyalı senator: Ermənistanın Qarabağla bağlı razılaşmaları pozması çox acınacaqlıdır

İtaliyanın “İrəli İtaliya” (Forza Italia) partiyasının Senatdakı siyasi qrupunun rəsmi internet səhifəsində həmin partiyanın üzvü senator Urania Papatheunun Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulmasını pisləyən və Azərbaycanı dəstəkləyən açıqlaması dərc olunub.

Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən Qarabağda bir neçə gün öncə sabotaja cəhd edildiyini bildirən italiyalı senator dünyanın hazırkı dramatik vəziyyətində iki il öncə Qarabağ münaqişəsinə son qoyan üçtərəfli Bəyanatın müddəalarının Ermənistan tərəfindən pozulmasının çox acınacaqlı olduğunu qeyd edib.

Senator açıqlamasında Ermənistanın silahlı qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı qruplarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasının çox vacib olduğunu da vurğulayıb.

Senatorun açıqlaması İtaliyanın aparıcı xəbər agentlikləri (“Adnkronos”, “La Presse”, “AGI”, “Agenzia Nova”, “9Colonne”, “Dire”, “Askanews”) tərəfindən də yayımlanıb.