YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin birinci rübü ərzində 3300-dən çox halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edilib

Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3327 hüquq pozuntusunu aşkar edib.
Nazirlikdən bildiriblər ki, təhlillər nəticəsində əmək qanunvericiliyinin pozulması hallarının əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında baş verdiyi müəyyən edilib. Onların böyük əksəriyyətinin işəgötürənlər tərəfindən aradan qaldırılması təmin olunub, habelə ayrı-ayrı pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası qanunla məcburi olan göstərişlər verilib. Qeyd olunan dövrdə aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən tətbiq olunmuş cərimələrin 50,07 faizi (414 min 697 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 min 901 manat və ya 10,05 faiz çoxdur.
DƏMX işçi vətəndaşların əmək hüquqlarının təmin olunması istiqamətində nəzarət tədbirləri həyata keçirməklə yanaşı, əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar işəgötürənlərə mütəmadi olaraq lazımı metodiki köməkliklərin göstərilməsini, müvafiq mövzuda məlumatlandırma işlərinin aparılmasını da təmin edib.