Xəbərlər
Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidi təbrik edib
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/74f1c4cba8fd2c253dfd91e5e5ea7857.jpg&w=360)
Hörmətli cənab Prezident,
Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2022-ci il