YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, partiya fəalları xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Qax şəhəri ərazisindəki şəhid ailələrini ziyarət edib.

Görüşlərdə şəhidlərimizin əziz xatirəsi anılıb, şəhidin ailə üzvlərinin qayğı və problemləri dinlənilib və şəhid ailələrinə Novruz sovqatı təqdim olunub.

Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.