YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Ramil Həsən Ucar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən Novruz bayramı ərəfəsində Ucar rayon ictimaiyyət nümayəndələrinin bir qrupu ilə görüşüb.

Görüşdən öncə deputat Ucar rayon İcra Başçısı Mənsur Məmmədov görüşərək rayonda görülən işlər və problemlərlə bağlı fikir mübadiləsi aparıb.

Sonra Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. Daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağımızın azad olunmasında misilsiz xidmətləri olan Şəhidlərimiz üçün dualar oxunub.

İctimaiyyət nümayəndələri ilə görüşdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətənimiz azadlığı uğurunda şəhid olmuş bacı və qardaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən deputat bildirib ki, Novruz bayramı Türk dünyasının qədimliyinin simvoludur və şübhəsiz ki, bu bayramı bu günə qədər gətirib çatdırmaqda bizim əcdadlarımız xüsusi rol oynayıblar. Biz bu adət və ənənələri yaşatmalıyıq. Çünki, xalq o vaxt qüdrətli və güclü olur ki, tarixi keçmişinə və adət-ənənəsinə sahib çıxır, onu unutmur. Ölkə başçısı cənab Prezidentin də hər zaman dediyi kimi “gələcəyə doğru inkişaf etməklə bərabər tariximizə sahib çıxmalıyıq”.

Qeyd edək ki, deputatın təşəbbüsü ilə Novruz bayramı münasibətilə şəhid və qazi ailələri, o cümlədən həssas təbəqədən olan ailələr ziyarət edilərək bayram sovqatları çatdırılacaq.