YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər müjdəli saz-söz bayramı keçirilib

Gəncə şəhərində Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mədəniyyət sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Azərbaycan Aşıqlar Birliyi və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Zəfər Müjdəli Dədə Şəmşir saz-söz bayramı və Aşıq Şəmşir adına v saz-söz müsabiqəsi keçirilib.

Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, ulu öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Çox sevindirici haldır ki, ölkənin Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində aşıq sənəti UNESKO-nun siyahısına daxil olub. Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu “milli varlığımızın mötəbər qaynağı” kimi dəyərləndirib. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək deyib: “Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır... Gənclər bilikli, vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir”. Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir. Bu bayram tədbiri Dədə Şəmşir Yurdunun- Kəlbəcər torpağının azadlığa qovuşması amalında Zəfər ovqatı ilə keçirilir”.

Əməkdar elm xadimi professor Məhərrəm Qasımlı deyib ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli saz-söz ustadı Dədə Şəmşirin ozan aşıq mədəniyyətinin inkişafındakı əvəzsiz rolu çağdaş aşıqlığın irəlləməsində müstəsna tarixi rola malikdir. Yeni nəsil gənc və yeniyetmə ifaçılarının formalaşmasında onun qoyub getdiyi sənət mirası güclü enerji mənbəyidir. Bu səbəbdən yeniyetmə aşıqların sənət uğurlarını və axtarışlarını ortaya çıxarmaq məqsədi ilə dövlətimiz tərəfindən müsabiqələr keçirilib, istedadlı saz-söz ifaçılarının sənət aləminə gəlməsinə mənəvi dəstək göstərilib.

Azərbaycanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan yeniyetmə saz-söz ifaçıları, vətənpərvərlik, qəhramanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən mahnılarla böyük saz-söz ustadlarının, o cümlədən də Dədə Şəmşirin müqəddəs ruhu qarşısında öz sənət hesabatlarını veriblər.