YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədovun anım günü qeyd olunub

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, gənc partiya fəalları, qazilər və şəhidin ailə üzvlərinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədovun anım günü münasibətilə Göygöl rayonunun Qırıqlı kənd Şəhidlər Xiyabanındakı məzarını və Yeni Qızılca kəndində ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Ziyarət zamanı şəhidin məzarı və abidəsi önünə gül dəstələri qoyulub, müqəddəs ruhuna dualar oxunub. Məktəblilərin ifasında şeirlər səsləndirildikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədovun ailə üzvlərinə baş çəkilərək,  onların qayğıları ilə maraqlanılıb.

Görüş zamanı Elşad Məmmədovun  göstərdiyi şücayət və qəhrəmanlıqlardan söhbət açılıb, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.