Xəbərlər
Novruz bayramı münasibəti ilə Xızı rayonunda şəhid və qazi ailələri ziyarət olunub

YAP Xızı rayon təşkilatının üzvləri Novruz bayramı münasibəti ilə Fındığan kəndində Vətən müharibəsi şəhidi Əliyev Kərim Qeyrətxan oğlunun, Xələnc kəndində Verdiyev Natiq Əlmurad oğlunun, Xızı şəhərində İsayev Alik Şakir oğlunun və qazi Baxşizadə Kəmran Tariel oğlunun ailələrini ziyarət ediblər.
Ziyarət zamanı YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev şəhidin ailələrinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.