YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd qəsəbəsində bayram tədbiri keçirilib

Xocavənd rayon Xocavənd qəsəbəsində xalqımızın ən gözəl bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Bayraq meydanında çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edilib. Hər bir müəssisə özünün yaratdığı Novruz atributları, qədimi xalçalar, əl işləri, Azərbaycan xalqının qədimliyini əks etdirən stendlərlə çıxış edib. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazanıblar. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdiriblər, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər canlandırıblar, idmançılar tərəfindən nümunəvi idman çıxışları nümayiş olunub.

Bahar bayramı rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam edib.