YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları göndərib

Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Novruz Bayramı münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir ki, Novruz Bayramı Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur.

Layiqincə yaşatdığımız və UNESCO-nun Qeyri-Maddi  Mədəni İrs siyahısına daxil edilən Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə dəyərli töhfəsidir.

Artıq ikinci ildir ki, xalqımız bu bayramı  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa, yenidənqurma və  quruculuq işlərindən doğan qürur hissi ilə qeyd edir.

Bu bayram günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunur, onların ölməz ruhlarına dualar oxunur və igid qazilərimizə şəfalar dilənir.

Deputat Novruz bayramı münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirərək vurgulayıb ki, işğaldan azad olunmuş rayonlarımıza böyük qayıdışımız sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşəcək, doğma Qarabağımız qısa müddətdə dirçələcək və dünyanın ən gözəl diyarlarından birinə çeviriləcək.

Deputatın ofisindən daxil olan məlumata əsasən, Ağalar Vəliyevin təşəbbüsü ilə Novruz Bayramı münasibətilə xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarından 1 000-ə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.