YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid ailəsi və qazilər ziyarət olunub

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı və Abşeron Rayon İcra Hakimiyyətinin birgə dəstəyilə Novruz bayramı ilə əlaqədar təşkil olunan “Tarixi Zəfərin gətirdiyi bahar” adlı aksiya çərçivəsində Vətən müharibəsi şəhidi Qubadov Zülfüqar İsmi oğlunun ailəsi və qazilər ziyarət olunub.

Ziyarət zamanı YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev şəhid ailələrinə dərin hüznlə başsağlığı verərək, Vətənimizin böyüklüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda adlarını qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdıran şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Təşkilat sədri bildirib ki, Şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təşkil olunması və qayğı göstərilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsasında dayanır.