YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və Aparat əməkdaşları Vətən müharibəsi şəhidi Zərdabi qəsəbə sakini Məhəmmədov Musa Bəhram oğlunun ailəsini ziyarət ediblər.

Təşkilat nümayəndələri şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə şəhidin həyat və döyüş yoluna da nəzər salınıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezidentin sərəncamlarına əsasən, şəhid Musa Məhəmmədov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərinə görə” medalları ilə təltif edilib.