YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Firavan Əsgərovun doğum günündə məzarı ziyarət olunub

Vətən müharibəsi şəhidi Əsgərov Firavan Xanbala oğlunun doğum günü məzarı önündə qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayon Gənclər İdman İdarəsinin rəsi Nadir Quliyev, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov, kənd sakinləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Daha sonra 21 yaşı tamam olan Firavan Əsgərovun keçdiyi qısa və mənalı həyat yolundan bəhs edilib, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.

Şəhidin atası Xanbala Əsgərov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.