YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla gənclərin görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Azərbaycan əhalisinin əksər hissəsini gənclər təşkil edir və ölkədə demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, xüsusilə ölkənin siyasi həyatında fəal iştirak etməsinin təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov YAP Gənclər Birliyinin yenilənmiş tərkibi ilə son bir il ərzində görülən işlərdən bəhs edib. B.İslamov gəncləri YAP Gənclər Birliyi ilə birgə fəaliyyətdə aktivlik nümayiş etdirməyə çağırıb.

Gənclərlə işin YAP Gənclər Birliyinin ümumi tərkib hissəsi olduğunu qeyd edən B.İslamov respublikadakı gənclərin müxtəlif təkliflər ilə onlara rahatlıqla sosial şəbəkələrdən müraciət edə biləcəklərini söyləyib.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.