YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millət Məclisin deputatı Sevinc Hüseynova seçicilərlə görüşüb

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib.

Rayonun Pərizamanlı, Qoşabulaq və Nərimankənd kəndlərində keçirilən görüşlərdə seçicilərin müraciətləri dinlənilib, problemləri ilə maraqlanılıb. Müraciətlərə əsasən əlilliyin qiymətləndirilməsi, məşğulluq, qaz, elektrik və su təchizatı məsələləri ilə bağlı olub.

Millət vəkilinin deputat qərərgahında seçicilərlə keçirilən qəbulunda da müraciətlərə baxılıb, həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.

Daha sonra Sevinc Hüseynova Gədəbəy şəhəri, Qumlu yaşayış massivində 26 fərdi yaşayış evinin qazlaşdırılması üçün küçə qaz xəttinin çəkilişi ilə bağlı aparılan işlərin gedişi ilə tanış olub.

Bildirilib ki, yaşayış məntəqəsinin qazlaşdırılması üçün seçicilər tərəfindən millət vəkilinin ünvanına müraciət edilib. Sevinc Hüseynova həmin müraciət əsasında "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi qarşısında qeyd olunan yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı məsələ qaldıraraq müsbət həllinə nail olub. Hazırda qazlaşma ilə bağlı  işlər davam etməkdədir.

Milli Məclisin deputatı Slavyanka kənd sakini, l qrup əlil Əliyev Vüsal Cəfər oğlunun ailəsini ziyarət edib. Görüş zamanı ailənin qayğı və problemlərilə yaxından maraqlanılıb.

Qeyd edək ki, Vüsal Əliyevin həyat yoldaşı, Əliyeva Qərənfil Həmid qızı ll qrup əlildir və iki azyaşlı övladları vardır. Q.Əliyeva UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan "Xalçaçılıq" və digər əl işlərini, V.Əliyev isə "Taxta üzərində oyma" sənətini mükəmməl şəkildə bacarır. Hər ikisi bir çox müsabiqələrdə iştirak etmiş və qalib olublar. Eyni zamanda, Q.Əliyeva xalçaçılıqla bağlı müsabiqədə ölkə, digər əl işləri ilə bağlı isə ölkə hüdudlarından kənarda keçirilən müsabiqələrdə birincilik qazanıb.

Ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 21 saylı ərazi məşğulluq filialı tərəfindən özünüməşğulluq proqramı çərçivəsində kiçik dərzi sexi aktivləri ilə də təmin edilib.