YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qanunvericilik sahəsini əhatə edən islahatların zəfər mərhələsi

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Ulu Öndərin siyasi kursunu uğurla reallaşdıran Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevrilib. 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfər sübut etdi ki, dövlət başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı, hərtərəfli, o cümlədən qanunvericilik sahəsini əhatə edən islahatlar öz müsbət nəticəsini verir.

10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident cənab İlham Əliyevin tarixi, proqram xarakterli çıxışında ölkədə başlanmış yeni islahatlar kursunun davam etdiriləcəyi ilə bağlı verdiyi anons bu gün tam təsdiqini tapıb.

“Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”, – deyə ölkə Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışında Milli Məclis qarşısında müəyyənləşdirdiyi bir sıra prioritetlər, siyasi islahatlar layiqincə həyata keçirilir. Xüsusilə, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, sosial-iqtisadi sahədə aparılan islahatlara dəstək, beynəlxalq müstəvidə fəaliyyət parlamentin yenilənməsində mühüm rol oynayıb.

“Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir”, “Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”. Ölkə Prezidenti cənab İlham Əliyev qanunlara yenidən baxılmasının əhəmiyyətli olacağı mesajı ilə parlament üzvləri qarşısında qoyduğu məsuliyyətli vəzifə bu gün uğurla həyata keçirilir.

Qanunvericilik bazasını yeniləyən, yeni çağırışlara uyğun təşəbbüslərlə çıxış edən yeni tərkibdə formalaşan Milli Məclis zəmanəsinin ən parlaq liderlərindən olan dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü siyasi iradə, başlatdığı inqilabi islahatlar kursunu uğurla həyata keçirir, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə töhfələrini verir.