YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda şəhid İnqilab Qədirbəylinin məzarı ziyarət olunub

Salyanda Vətən müharibəsi şəhidi İnqilab Tofiq oğlu Qədirbəylinin doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiya fəalları, Salyan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi polkovnik-leytenant Nurlan Abbasov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, şəhidin atası Tofiq Qədirbəyli rayon Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.