Partiya xəbərləri
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyəyə səfər edəcək

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 11-13 mart tarixlərində Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdə olacaq.
Tahir Budaqov Forum çərçivəsində “Parlament diplomatiyası” mövzusunda keçiriləcək dəyirmi masada da iştirak edəcək.
Səfər zamanı YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırımla görüşü də nəzərdə tutulub.