YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır

“2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar siyasi islahatların dərinləşməsi üçün zəmin olub. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən edib. Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat bildirib ki, partiyanın VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində yeni inkişaf mərhələsinin başlandığını göstərir və keyfiyyətcə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. VII qurultayda YAP-ın yeni, masir dövrün tələblərinə və çağrışlarına cavab verən Nizamnaməsi təsdiq olunub. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilib. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilib, həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilib. VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunub.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapıb: “Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olunub. YAP-da həyata keşirilən yeni kadr siyasətinin əsas meyarları peşkarlıq, dövlətçilik və vətənpərvərlikdir. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunub. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enib. Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin dialoq siyasəti YAP-ın fəaliyyətində öz əksini tapır. Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir. YAP-nın yeni Proqramı demokratik dəyərlərə və milli maraqlara əsaslanır, habelə özündə müasir yanaşma və metodları ehtiva edir. Partiyanın Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilib. Proqramda YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib. Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyası bundna sonra da qarşıya qoyduğu hədəflərinə çatacaq”.