YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı gələcəyə və qələbələrə aparan partiya

Tahir Məmmədov

YAP Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Əbədiyaşar və unudulmaz ulu öndər Heydər Əliyevin əsasını qoyub, yaratdığı çoxminlik yenilməz Yeni Azərbaycan Partiyası (YAP) gündən-günə böyüyür və genişlənir. Öz siyasi gücünü, qüdrətini Heydər Əliyevin dərin, çoxşaxəli və cahanşümul zəkasından alan YAP öz hərtərəfli fəaliyyəti ilə artıq Azərbaycan xalqının böyük ehtiramını, inamını qazanmaqla ölkəmizin inkişaf yollarına böyük etibarla bələdçilik edir. Aparılan inamlı və uğurlu siyasətin möhkəm dayaqları ilə artıq doğma Azərbaycanımız böyük bir regionun Lider ölkəsinə çevrilmişdir. İqtisadiyyatımıza daxil olan investisiyalar getdikcə artır, gələn xarici sərmayələr çoxalır, əcnəbi iş adamları Azərbaycana daha çox etibar edir, milyonlarla sərmayəni respublikamızın tərəqqisinə yatırırlar.

Dünya şöhrətli, yenilməz Prezidentimiz, Partiyamızın sədri İlham Əliyev YAP-ın VII qurultayında etdiyi çıxışında dərin məzmunlu, rəngarəng siyasi çalarlarla cilalanmış məruzəsində demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bundan sonra da YAP bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır”.

Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, ölkədə gedən bütün proseslərin, əldə olunan qələbələrin, nəhəng quruculuq işlərinin, habelə siyasi dəyərlər və prinsiplər sistemi üzərində gedən müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı bir daha sübut edir ki, həyata keçirilən tədbirlərin mərkəzində YAP-ın fəaliyyəti dayanır.

Yeni idarəetmə modelini bir daha, daimi özündə ehtiva edən YAP milli maraqların qorunmasını öz fəaliyyət strategiyasının vacib prioritetləri kimi qəbul edərək ölkəmizin ərazi bütövlüyünün bərpasını mühüm bir vəzifə kimi qarşıya qoymuş, onu fədakarcasına təmin etmiş və bu müqəddəs vəzifə partiyamızın sədri, Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyəti, dərin zəkası və uzaqgörən siyasəti nəticəsində əldə edilmişdir. Azərbaycanda vətənpərvər, intellektual bazası, ehtiyatı olan yeni gənc nəsli də özündə birləşdirən YAP vətənə sevgi, düşmənə nifrət hissi ilə torpaqlarımızı işğaldan azad etməklə döyüşlərdə iştirak edərək bir daha dünyaya sübut etdi ki, Vətən və torpaq yolunda canından keçməyə həmişə hazır və müntəzirdir.

Ölkədə möhkəm həmrəyliyin, siyasi demokratiya ab-havasının daim qorunması, saxlanılması partiyamızın siyasətinin aparıcı rolu kimi həmişə təzahür etmişdir. YAP ali məclisinin-VII qurultayın üstündən artıq bir il keçmişdir. Bu müddət ərzində görülən işlərin, həyata keçirilən tədbirlərin demək olar ki, ucu-bucağı görünmür. Çağdaş dövrümüzün bütün tələb və çağırışlarına inamla və yetkinliklə cavab verən partiyamızın yeni Nizamnaməsi fəaliyyətimizin şaxələnən strukturlarında öz şəfəqlərini saçmaqdadır. Qurultayda yeni Proqramın qəbulu və həyata keçirilməsi siyasi dialoqun və milli həmrəyliyin tətbiqi təzahürünü, partiyamızın daha təkmil idarəetmə formasını müəyyən etmişdir. Eyni zamanda Mərkəzi Aparatın strukturunun, partiya işçilərinin maaşlarının təsdiq edilməsi haqqında partiya Sədrinin sərəncamları fəaliyyətimizin sürəti və keyfiyyətini şərtləndirmişdir.

YAP-ın bütün sahələrində əsl peşəkarlıq, inamlı dövlətçilik, sadiq vətənpərvərlik öz təzahürlərini getdikcə genişləndirməkdədir. Bunlardan biri də YAP-ın beynəlxalq əlaqələrinin yeni vüsət alması, möhkəmləndirilməsi, ölkəmizin xarici siyasətinin uğurlu davamı kimi qeyd olunmalıdır. Azərbaycanın və Türkiyə Cümhuriyyətinin iqtidar partiyaları arasında uzun illər davam edən, gündən-günə çiçəklənən, yeni-yeni mərhələlərə qədəm qoyan dostluq və qardaşlıq təmayülləri öz bəhrəsini verməkdədir. Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və və İnkişaf Partiyası arasında uğurla davam edən birgə təşkilatçılıq tədbirləri hər iki təşkilatın liderləri arasında sarsılmaz qardaşlıq, dostluq münasibətləri getdikcə dinamik şəkildə inkişaf edir.

 YAP-ın sədri, Prezident İlham Əliyevin demokratik dəyərlərə və milli maraqlara əsaslanan, həm də müasir yanaşma və metodları özündə bütün  dərin məzmunu, intellekti ilə əks etdirən YAP-ın VII Qurultayında qəbul etdiyi yeni proqramı siyasi münasibətlərin bütün strategi fəaliyyət istiqmətlərini məna və dolğunluğu ilə əhatə edərək “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri”, “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı tezislər işlənib hazırlanmışdır.

Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, “Dünənin, bu günün, sabahın” partiyası olan YAP-ın ictimai-siyasi davamlı fəaliyyətində şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və Dünya Azərbaycanlılarının Həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, xarici siyasət, ordu quruculuğu, həm də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış partiyanın proqramında önəmli yerlərdən birini tutur.

VII qurultayın proqramına əsasən işgüzar münasibətlər zəminində partiya üzvlərinin siyasi idarəetmə proseslərinə cəlb olunması, ölkə vətəndaşları arasında rasionallıq və adekvatlıq dərəcəsində müsbət təsirlərə malik sağlam rəqabətin yaranması müasir cəmiyyətimizdə öz böyük, önəmli rolunu oynamaqdadır. Partiyanın idarəçiliyində obyektivlik, çeviklik bir vəzifə kimi qarşıya qoyulmuş işlərin uğurla həyata keçirilməsində əlverişli şərait dairəsinin genişlənməsi buna əyani sübutdur. Etik davranış, milli dəyərlər YAP-ın yüksək fəliyyətini xalqımıza çox-çox qədimlərdən məxsus olan ali keyfiyyətlərdən sayıldığını nəzərə alaraq bu milli-mənəvi dəyərlərin partiyadaxili münasibətlərində də önəməli yerlərdən birini tutması daim genişlənir və inkişaf etdirilir. Bütün bunalara rəğmən innovativ tərəqqi və kreativlik yaradıcı təfəkkürün dərin düşüncə, təşəbbüskarlıq amilləin inkişafı ilə YAP-ın fəaliyyətinin əsaslarından biri kimi daim dəstəklənir. Elmilik, müasirlik YAP-ın hər zaman cəmiyyətdə yeniliyin tərəfdarı kimi önə çəkilir.

Ölkəmizin inkişafına, çağdaş cəmiyyətimizin tərəqqisinə xidmət edən YAP-ın əsas mövqeyi və ümdə hədəfləri ulu öndər Heydər Əliyev zəngin, bəşəri, siyasi irsinin təbliği və təşviqi, habelə güclü iqtisadiyyat, davamlı inkişaf, inkluziv, müasir cəmiyyət, ən əsası isə ədalətli sosial təminatdır. Ona görə də YAP insan kapitalının inkişafını, şəffaflığın artırılması və qorunması sahəsində vətəndaş cəmiyyətinin inkişafını fəaliyyətinin ümdə hədəfləri kimi qəbul edərək inkişaf etdirir. YAP-ın sədri, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və başçılığı ilə ölkəmizin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun daha da artırılması, həmçinin ölkəmizin vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması partiyamızın fəaliyyətinin ana xəttini təşkil edir.

Azərbaycan vətəndaşları bir daha əminliklə inanırlar ki, bundan sonrakı dövrdə də YAP fəaliyyətini müasir dövrün tələb və çağışlarına uyğun qurmaqla daha böyük uğurlar əldə edəcəkdir.