YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda şəhid Ziyad Zərbəliyevin məzarı ziyarət olunub

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Zərbəliyev Ziyad Nəriman oğlunun rayonun Şəhidlər xiyabanında məzarını ziyarət ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Daha sonra Aparat əməkdaşları şəhidin ailəsini ziyarət edib, qayğı və problemləri ilə maraqlanıblar. Yerli təşkilat sədri Tural Qasımlı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.