YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Daha 540 nəfər Azərbaycan vətəndaşının Rusiyadan quru yolu ilə ölkəmizə keçidi təmin olunub

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən quru yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq fevralın 23-dən 28-dək növbəti sərhəd buraxılışları təşkil edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, sərhəd buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasına ezam olunub. İşçi heyətin üzvləri sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvlərini qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 540 nəfərin fevralın 23-dən 28-dək (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.