YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Quba rayonunda Vətən müharibəsi şəhidi Bayramov Ruslan Azər oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və əməkdaşları şəhidin Əlibəyqışlaq kəndindəki məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər.

Daha sonra şəhidin ailə üzvləri ziyarət olunub. Söhbət zamanı 44 günlük Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu bildirilib. Qeyd olunub ki, şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.