YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan pandemiyaya qarşı mübarizə istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib.

Bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim olunan çıxışında deyib.

BMT Baş Assambleyasının Xüsusi Sessiyasının, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələrin bunun bariz nümunəsi olduğunu söyləyən Prezident İlham Əliyev həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığını bildirib.

“Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.