YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda şəhid Rüfət Şabanovun xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan Şabanovun Rüfət Rauf oğlunun xatirəsi anılıb. “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən şəhidin 21-ci doğum günündə yaşadığı Ceyranbatan qəsəbəsində abidə-bulaq kompleksi istifadəyə verilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər Ceyranbatan qəsəbə qəbiristanlığında uyuyan şəhidin məzarını ziyarət ediblər. Eyni zamanda, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

İştirakçılar daha sonra şəhidimizin əvvəllər yaşadığı binanın qarşısında yeni inşa olunan abidə-bulaq kompleksinin açılışında iştirak ediblər.

Bildirilib ki, hər bir Azərbaycan oğlu kimi R.Şabanov da torpaqlarımızın işğalı ilə heç vaxt barışmayıb. Bu səbəbdən də II Qarabağ müharibəsi başlayan kimi silaha sarılaraq cəbhəyə yollanmış və Murovdağ zirvəsi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

DİGƏR Xəbərlər Arxiv