YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan-Ermənistan münasibətlərinin necə cərəyan edəcəyi barədə proqnoz vermək çətindir

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin necə cərəyan edəcəyi barədə proqnoz vermək mənim üçün çətindir. Çünki bütün bunlar təzədir. Bizim bəyanatlarımız və sülhün bərqərar olmasına hədəflənməyimiz hələ ki, erməni rəhbərliyi tərəfindən ən azı açıq şəkildə qəbul edilmir.

Bu barədə Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirib.

“Buna görə də bu yaxınlarda baş verən hadisələr nəzərə alınmaqla, dünyada vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Fikrimcə, təkcə mənə deyil, bilavasitə bu prosesə cəlb edilənlərə də çox çətindir. Çünki hər şeyi və bütün əsas ölkələrin hərəkətini qabaqcadan görmək çox çətindir. Hətta İkinci Qarabağ müharibəsi başlananda, hətta o potensialla - həm siyasi, həm hərbi, həm iqtisadi potensialla biz hər şeyi qabaqcadan nəzərə ala bilmirdik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Müharibəni qabaqcadan proqnozlaşdırmağın mümkün olmadığını vurğulayan Azərbaycan Prezidenti deyib: “Çünki təsdiqlənmiş planlar çərçivəsində gedirdik və yolumuzdan çıxmırdıq, lakin bu axında müxtəlif dolambaclar vardı. Rusiya ilə Ukrayna arasında vəziyyət barədə də bunu demək olar”.