YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri dövlətlərarası münasibətlərə öz töhfəsini verir

Azərbaycan-Rusiya tərəfdaşlığının strateji xarakteri əsas ikitərəfli sənədlərdə təsbit edilmişdir. 1992-ci ilin aprelində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol imzalandı. Ötən müddət ərzində Azərbaycan və Rusiya xalqları arasında ənənəvi dostluq və mehriban qonşuluq ruhunda bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv münasibətlərin hərtərəfli möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli əməkdaşlığın yüksək səviyyəsinə nail olunub.

Bu gün Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq davamlı və mütərəqqi şəkildə inkişaf edir. Humanitar sahədə əməkdaşlıq xalqlarımız arasında çoxillik qarşılıqlı hörmət ənənələrinə, ümumi tarixi və mədəni irsə əsaslanır. Mədəniyyət və incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində mübadilə və sıx qarşılıqlı əlaqələr səmərəli şəkildə inkişaf edir.

Müasir dövrdə Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial vardır. Rusiya-Azərbaycan ticarət dövriyyəsində son dövrdə 25 faiz artım müşahidə edilmişdir. Bu, Rusiyanın MDB ölkələri ilə qarşılıqlı ticarətində ən yaxşı göstəricidir və əminəm ki, onun gələcək inkişafı üçün bütün resurslardan istifadə olunub. Cənubi Qafqaz dövlətləri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə Azərbaycandır və bu fakt iqtisadi əlaqələrimizin strateji xarakterindən xəbər verir. Rusiya və Azərbaycan bir sıra oxşar makroiqtisadi xüsusiyyətlərə malikdir, iki ölkə arasında ticarətin genişləndirilməsinin əsas iqtisadi problemi onların ixrac strukturlarının oxşarlığıdır. İki ölkə arasında ticarətin daha da genişləndirilməsi yanacaq-energetika kompleksindən kənarda mal və xidmətlərin tədarükü hesabına mümkündür. Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafının əsas şərtləri siyasi komponentlə yanaşı, bu ölkələrdə emal sənayesinin bir-birini tamamlayan sahələrinin, müasir kommunikasiya infrastrukturunun yaradılmasıdır. Rusiyanın ən böyük şirkətləri Azərbaycanda filiallarını açıblar. Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr pandemiya ilə bağlı böhrandan sonra fəal şəkildə bərpa olunur.

Sevindirici haldır ki, müasir dövrdə də Azərbaycan-Rusiya münasibətləri möhkəm dostluq, mehriban qonşuluq, etibarlı tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri və siyasi iradəsi sayəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, dövlət başçılarının mütəmadi görüşləri dövlətlərarası münasibətlərə öz töhfəsini verir.

Tural Qasımlı

 YAP Şamaxı rayon təşkilatının sədri

DİGƏR Xəbərlər Arxiv