YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması diplomatik qələbəmizdir

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ölkəmizin növbəti diplomatik qələbəsidir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycana dost və tərfədaş olan ölkələrin sayı davamlı olaraq artır. Moskva Bəyannaməsi də məhz Azərbaycanla Rusiya arasında olan yüksək münasibətlərin təzahürüdür. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqlar mövcuddur ki, bu Bəyannamədən sonra əlaqələr daha da inkişaf edəcəkdir. Bəyannamə iki ölkə arasında bir çox sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini özündə etiva edir.

Sənəddə diqqət çəkən məqamlardan biri keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Bu da özlüyündə öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə imkanlar verəcək. Təbii ki, Ermənistan və erməni lobbisi Bəyannamədə yer alan bu bənddən narahatlıq keçirirlər. Məhz buna görə də erməni lobbisi 5-ci kolonun nümayəndələrindən istifadə edərək cəmiyyətdə Moskva Bəyannaməsi haqqında yanlış təsəvvür formalaşdırmağa çalışır. Lakin Bəyannamənin mətni ilə tanış olan hər kəs açıq-aydın görə bilər ki, burada Azərbaycanın dövlət maraqlarına zidd heç bir cümlə yoxdur. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Ölkəmizin regionda söz sahibi olması isə nəinki qonşu ölkələrin, eyni zamanda bütün dünya ölkələrinin Azərbaycanla hesablaşmaq zərurətini yaradır. Ümumiyyətlə, son illər ərzində Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə uğurlara imza atır. Davamlı uğur qazandığımız sahələrdən biri də diplomatik müstəvidir. Son bir il ərzində iki qüdrətli ölkənin Azərbaycanla müttəfiq olması isə deyilənlərə əyani sübutdur.

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri  

DİGƏR Xəbərlər Arxiv