YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa və Moskva bəyannamələri Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamışlar. Bəyannamənin imzalanması Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan sığortaladı. 43 maddəlik bəyanatda milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, xüsusən, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır. Təəssüf ki, bu sənəd elə ilk andan məqsədli dairələr tərəfindən təhrif olunaraq cəmiyyətə tam yalnış istiqamətdən təlqin olunmaqdadır.

Sənəddə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma müəyyənləşdirən, yaxud, Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyəti güdən nəinki heç bir maddə, ümumiyyətlə heç bir nüans yoxdur.

Bu sənədin imzalanması ilə Prezident İlham Əliyev çox gərgin bir dövrdə balansı qoruyaraq Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan sığortaladı. Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq şərtdir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu qızıl ortanı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider cənab İlham Əliyevdir. Nəticə etibarı ilə Prezident İlham Əliyev nəinki ən çətin və təhlükəli periodlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücü müttəfiqi Ermənistana rəğmən, 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu.

Eyni zamanda sənəddə atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın nəzərdə tutulması, bu günə qədər məhz Rusiyanın dəstəyi ilə Metsamor AES-in timsalında bu sahədə bölgədə təbii inhisarçı olan Ermənistanı mövcud statusdan məhrum edəcək.

Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi  güc, bacarıq, məharətli diplomatika tələb edir.2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalamışlar. Bəyannamənin imzalanması Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan sığortaladı. 43 maddəlik bəyanatda milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, xüsusən, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır. Təəssüf ki, bu sənəd elə ilk andan məqsədli dairələr tərəfindən təhrif olunaraq cəmiyyətə tam yalnış istiqamətdən təlqin olunmaqdadır.

Sənəddə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma müəyyənləşdirən, yaxud, Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyəti güdən nəinki heç bir maddə, ümumiyyətlə heç bir nüans yoxdur.

Bu sənədin imzalanması ilə Prezident İlham Əliyev çox gərgin bir dövrdə balansı qoruyaraq Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan sığortaladı. Rusiya kimi böyük dövlətlərlə münasibətlərdə qızıl ortanı tapmaq şərtdir. Qafqazda isə Moskva ilə münasibətlərdə bu qızıl ortanı taparaq müstəqilliyinə, ərazi bütövlüyünə xələl gətirməyən, bərabərhüquqlu münasibətlər qura bilən yeganə lider cənab İlham Əliyevdir. Nəticə etibarı ilə Prezident İlham Əliyev nəinki ən çətin və təhlükəli periodlarda ölkənin ərazi bütövlüyü və suverenliyini qoruyub saxlaya bildi, üstəlik, Rusiya kimi bölgədə ciddi maraqları olan bir supergücü müttəfiqi Ermənistana rəğmən, 44 günlük savaşda Azərbaycanın mövqeyinə siyasi dəstək verməsinə nail oldu.

Eyni zamanda sənəddə atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın nəzərdə tutulması, bu günə qədər məhz Rusiyanın dəstəyi ilə Metsamor AES-in timsalında bu sahədə bölgədə təbii inhisarçı olan Ermənistanı mövcud statusdan məhrum edəcək.

Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə,  sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Mühüm məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu xüsusda, hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyi götürürlər.Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi  güc, bacarıq, məharətli diplomatika tələb edir.