YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi Xocalı ilə bağlı çağırış etdi

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımından 30 il ötür. Faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, soyqırım həqiqətlərinin tanıdılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müəllifi olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində YAP Gənclər Birliyi tərəfindən “Twitter” sosial şəbəkəsində aksiya həyata keçiriləcək.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının da dəstək verdiyi Aksiya çərçivəsində müxtəlif dillərə tərcümə olunan Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, həqiqətlər, o cümlədən hazırlanan posterlər 26 fevral 2022-ci il tarixində #JusticeforKhojaly, #KhojalyGenocide, #Khojaly30, #Khojaly613, #HocalıKatliamı həştəqləri ilə “Twitter” sosial şəbəkəsində paylaşılacaq. Çoxminlik YAP üzvlərinin Respublikamızın bütün şəhər və rayonlarından, o cümlədən qardaş Türkiyə Respublikasının gənclərinin qoşulacağı aksiya 26 fevral tarixində dünya ictimaiyyətinin diqqətinin Xocalı soyqırımına cəlb etmək, tarixi həqiqətlərin təbliği məqsədini daşıyır.

Hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi qəbul etdiyimiz bu prosesə fəaliyyət sahəsindən, mövqeyindən asılı olmayaraq bütün təşkilatları və şəxsləri qoşulmağa dəvət edirik.

Aksiyanın həyata keçirilməsi məqsədi ilə xüsusi olaraq hazırlanmış materialları və təlimatı əldə etmək üçün YAP Gənclər Birliyinin sosial şəbəkələrdəki səhifələrinə, o cümlədən gencler_birliyi@yap.az elektron ünvanına müraciət edə bilərsiniz.