YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı 18 nömrəli Yol İstismarı MMC, Yenicə, Ərəb, Ərəbocağı, Dəhnəxəlil, Xosrov, Kotanarx və Nehrəxəli ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Nurlan Bəkirov 18 nömrəli Yol İstismarı MMC ərazi partiya təşkilatının sədri, Vüsal Bəkirov sədr müavini, Kamil İbrahimov Yenicə ərazi partiya təşkilatının sədri, Ədalət Məmmədov sədr müavini, Bəhman Abdullayev Ərəb ərazi partiya təşkilatının sədri, Röyanə Ağaxanova sədr müavini, Səməd Səmədov Ərəbocağı ərazi partiya təşkilatının sədri, Vüsal Zeynalov sədr müavini, Əlican Mahmudov Dəhnəxəlil ərazi partiya təşkilatının sədri, Şövkət Mahmudova sədr müavini, Zenfira Vəliyeva Xosrov ərazi partiya təşkilatının sədri, Pərviz Əliyev sədr müavini, Sevda Cavadova Kotanarx ərazi partiya təşkilatının sədri, Cavid İsrəfilov sədr müavini, Ayaz Kərimov Nehrəxəlil ərazi partiya təşkilatının sədri, Yaşar Mustafayev isə sədr müavini seçiliblər.

İclasların sonunda YAP Ağdaş rayon təşkilatının məsul işçiləri yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıblar.