YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Sıralarında 16 mindən artıq  üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sayını artırır. Belə ki, fevralın 17-də YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sırasına daha biri - Xudu Məmmədov küçəsi 3 ünvanında yerləşən ərazi partiya təşkilatı daxil olub.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan və mövqeyindən  geniş bəhs edib. Bildirib ki, partiya fəaliyyətində daim yeniləşməyə, müasirləşməyə, təkmilləşməyə xüsusi önəm verir: “YAP-ın ötən il tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda keçirilən VII qurultayında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqi qarşıya yeni-yeni vəzifələr qoydu. Hər dövrün, zamanın öz tələbləri vardır.  Yeni Azərbaycan Partiyası VII qurultayında qəbul etdiyi qərarlarla bir daha yenilikçi siyasi qüvvə olduğunu nümayiş etdirdi.  Partiya 30 illik yubileyini Zəfər ab-havasında qeyd edəcək, ötən illərin uğurları fonunda yeni-yeni hədəfləri müəyyənləşdirməklə   Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafına, daha da qüdrətlənməsinə öz böyük töhfələrini verəcək. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur”.

Sonra təşkilati məsələyə baxılıb. Azər Əsədov ilkin olaraq 83 nəfər YAP üzvünü birləşdirən Xudu Məmmədov 3 ünvanında yerləşən   ərazi partiya təşkilatının sədri, Sədrəddin İmanov isə sədr müavini seçiliblər.