YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda Vətən müharibəsi şəhidi Elnur Vəliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev şəhid leytenant Elnur Vəliyevin ailəsini ziyarət ediblər.

Vətən müharibəsi şəhidi Şahı Məmmədlinin ailə üzvlərinin də iştirak etdiyi görüşdə “Azərbaycan Bayrağı” ordenli Elnur Vəliyevin həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb. Şəhidlərimizin şərəfli ömür yolunun gələcək nəsillər üçün hər zaman örnək olacağı bildirilib.

Şəhid Elnur Vəliyevin prezidentin sərəncamı ilə təltif edildiyi “Xocavəndin azad olunmasına görə” medalı atası Əli Vəliyevə təqdim olunub.