YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Azadqaraqoyunlu, Köçərli, Soyulan, Mamırlı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildib. 

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

İclaslarda təşkilati məsələlərə də baxılıb. Köçərli ərazi partiya təşkilatına Mübariz Yunusov sədr, İlkin   Abbasov sədr  müavini,  Azadqaraqoyunlu  ərazi partiya  təşkilatına  Nazim  Xəlilov  sədr, Tapdıq Abbasov sədr müavini, Soyulan ərazi partiya təşkilatına  Tofiq Ələkbərov sədr,  Səbiyyə İsmayılova sədr müavini, Mamırlı ərazi partiya təşkilatına  Seymur  Məmmədov sədr, Elşən Quliyev sədr müavini seçiliblər.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.