YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şuşa rayon təşkilatında hesabat-seçki yığıncaqları keçirilir

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 3, 9, 16,19, 20, 21, 36 və 37 saylı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Cəmilə Əhmədova 9 saylı ərazi partiya təşkilatının sədri, Şəhla Aslanova sədr müavini, Aysel Eldarlı 37 saylı ərazi partiya təşkilatının sədri, Sevinc Quliyeva sədr müavini, Könül Hüseynova 20 nömrəli ərazi partiya təşkilatının sədri, Səbiyyə İsmayılova sədr müavini, Nazilə İsmayılova 3 nömrəli ərazi partiya təşkilatının sədri, Lalə Məmiyeva sədr müavini, Rəsmiyyə Məmmədova 16 saylı ərazi partiya təşkilatının sədri, Aynurə Məlikova sədr müavini, Rəfail Məmmədov 19 saylı ərazi partiya təşkilatının sədri, Səadət Cəbiyeva sədr müavini, Natiqə Aslanova 21 saylı ərazi partiya təşkilatının sədri, Pərviz Babayev sədr müavini, Şükür Nəsibov 36 saylı ərazi partiya təşkilatının sədri, Fazil Məmmədov sədr müavini seçiliblər.