YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağsu rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı Telekomunukasiya Qovşağı, Pasarqışlaq, Bico, Ərəbuşağı, Yüksək Gərginlikli Elektrik Şəbəkə, Ülgüc ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

İclaslarda hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb. Laçın Kazımov Telekomunukasiya Qovşağı ərazi partiya təşkilatının sədri, Təvəkkül Abdulov sədr müavini,  Elsahab Xəlilov  Pasarqışlaq ərazi partiya təşkilatının sədri, Azər Xəlilov sədr müavini, Bəhlul Mahmudov Bico ərazi partiya təşkilatının sədri, Ayət Abasov sədr müavini,  Balafəndi Fərəcov Ərəbuşağı ərazi partiya təşkilatının sədri, İsa Söhbətov  sədr müavini, Vahid Həsənov Yüksək Gərginlikli Elektrik Şəbəkə ərazi partiya təşkilatının sədri, İlkin Şiraliyev  sədr müavini, Sehrab Əhmədov  Ülgüc ərazi partiya təşkilatının sədri, Vasif Kazımov  sədr müavini seçiliblər.