YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Zakir Həsənov: Ölkəmizə qarşı hər hansı hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz var

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkəmizin nüfuzu dünyada gündən-günə yüksəlir. Ölkəmizə qarşı yönəldilən hər hansı hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz var: “Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq”. Bu fikirlər Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hərbçilərə müraciətində yer almışdır.

“İnanıram ki, Azərbaycan əsgəri bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər qazanacaq!” – deyə, müraciətdə bildirilir.