YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Balakən rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı Hənifə kənd, Qazma, Baytarlıq, Godobqara kənd, Tülü kənd, Tülü-2, İtitala kənd, Bedağar kənd, Tülü Qıraqoba kənd və Talalar kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb. Yaqub Həsənov Hənifə kənd ərazi partiya təşkilatının sədri, Məlahət Alvasova sədr müavini, Bəşir İbrahimov Qazma ərazi partiya təşkilatının sədri, Carullah Şindiyev sədr müavini, Sücəddin Cəfərov Baytarlıq ərazi partiya təşkilatının sədri, Şıxəli Şirinov sədrin müavini, Elnur Şoranov Godobqara kənd ərazi partiya təşkilatının sədri, Fərid Qarayev sədr müavini, Akif Mİrzəyev Tülü kənd ərazi partiya təşkilatının sədri, Nəsibə Qallacova sədr müavini, Nail Qarayev Tülü-2 ərazi partiya təşkilatının sədri, Mətanət Məmmədova sədr müavini, Əşrəf Mustafayev İtitala kənd ərazi partiya təşkilatının sədri, Elşad Balayev sədr müavini, Fərhad Qarakişiyev Bedağar kənd ərazi partiya təşkilatının sədri, Mehman Qandayev sədr müavini, Teyyub Musayev Tülü Qıraqoba kənd ərazi partiya təşkilatının sədri, Turanə Mehdiyeva sədrin müavini, Şahin Əhmədov Talalar kənd ərazi partiya təşkilatının sədri, Vüsal Bodurov isə sədr müavini seçiliblər.